"Bizdə “Qəbələ”yə qarşı revanş hissi yoxdu”

24 İyul 2019 21:36 Avropa Liqası 583
"Bizdə “Qəbələ”yə qarşı revanş hissi yoxdu”

"Qəbələ” haqqında məlumatımız var.

Bilirik ki, onlar çox döyüşkən və Avropa Liqasında təcrübəsi olan komandadı”.

Sportinfo.az xəbər verir ki, bunu “Dinamo”nun baş məşqçisi Feliks Visente Miranda "Qəbələ"yə qarşı keçirəcəkləri Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis "Qəbələ"nin bütün mövqelərdə güclü olduğunu söyləyib: "Biz onlara qarşı matçlarda əsasən standart vəziyyətlərdə diqqətli olmalıyıq.

Komandanın heyətində Fernan Lopes yaxşı oyunçulardandı. Deyə bilərəm ki, sabah bizi çox çətin və gərgin bir oyun gözləyir".

İspaniyalı məşqçi "Qəbələ"nin Tiflis təmsilçisini 5 il öncə Avropa Liqasında mübarizədən kənarlaşdırdığını xatırladıb:

"Bu, fərqli bir dövrdü. Rəqibin güclü olduğunu bilirik. Amma biz də qarşıdakı görüşün əhəmiyyətini dərk edirik.

Qarşılaşmaya həddindən artıq motivasiyalı hazırlaşmışıq. Rəqibimizi tanıyırıq və onları analiz etmişik.

Bizdə revanş hissi yoxdu. Belə şeylər haqqında düşünmürük. Bizim üçün önəmli olan sabahkı matçı fikirləşməkdi. Başqa hissləri bu oyuna qatmaq istəmirik".

Miranda komandaya qoşulan yeni oyunçulardan razı olduğunu da diqqətə çatdırıb:

"Biz sadəcə "Qəbələ" ilə matça köklənmişik. Transferlər barədə düşünmək niyyətində deyilik".

"Qəbələ" - "Dinamo" matçına sabah saat 19:00-da start veriləcək. Cavab oyunu bir həftə sonra Tiflisdə baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti