"Arsenal" və "Neftçi" legionerlərinin səviyyəsi..." KAPİTAN

24 İyul 2019 20:36 Avropa Liqası 868
"Arsenal" və "Neftçi" legionerlərinin səviyyəsi..." KAPİTAN

Avropa Liqasının ikinci təsnifat mərhələsinin "Arsenal"la ilk görüşünə hazırlaşan "Neftçi"nin kapitanı Emin Mahmudov Tula klubu ilə qarşılaşmadan öncə jurnalistlər qarşısına çıxıb.

Sportinfo.az-ın Rusiyaya ezam olunan əməkdaşının verdiyi xəbərə görə, "ağ-qaralar"ın lideri görüşə kifayət qədər ciddi hazırlaşdıqlarının bildirib:

"Bizi çətin oyun gözləyir. Bura qələbə qazanmaq üçün gəlmişik. Müsbət nəticə ilə dönəcəyimizə ümid edirəm.

Deyərdim ki, "Arsenal" və "Neftçi"nin legionerlərinin səviyyəsi arasında ciddi fərq yoxdu. Əlbəttə, Rusiyadakı top-klublarda daha yaxşı əcnəbilər var.

Ancaq ikinci "8-lik"dəkilərlə Azərbaycan Premyer Liqasında çıxış edənlərlə eyni səviyyədədilər.

Kirill Kombarovla 2 il bir yerdə oynamışıq. Həmçinin başqa oyunçular, elə də köməkçi məşqçi ilə tanışam. Görüşəndə onlarla danışacağam, münasibət saxlayıram".

Tula şəhərində keçiriləcək matç iyulun 25-də, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti