"Siz bizim erkən qol buraxmağımızı istəyirsiz?"

24 İyul 2019 20:24 Avropa Liqası 730
"Siz bizim erkən qol buraxmağımızı istəyirsiz?"

Bakı hava limanındakı 5 saatlıq gecikmədən sonra, nəhayət ki, Moskva-oradan da oyunun keçiriləcəyi Tula şəhərinə gəlib çatan “Neftçi” “Arsenal”la Avropa Liqasının ikinci təsnifat mərələsinin ilk görüşünə tam hazırdı.

Bunu oyunqabağı mətbuat konfransında müsahibəsində bakılıların baş məşqçisi Roberto Bordin deyib.

İtaliyalı mütəxəssis yorğunluğa və səfərin problemli alınmasına baxmayaraq, komandasının ruslar qarşısına hazır və inamla çıxacağını bildirib.

- Təbii ki, bizi sabah çox maraqlı oyun gözləyir. Rəqib çempionatda son iki oyununu yaxşı keçirib. Hazırda bizdən fiziki cəhətdən güclü olan komandaya qarşı oynayacağıq.

Hava limanında 6 saatlıq yubanma oldu. Bu, komandaya necə təsir edəcək?
- Deməzdim ki hər hansı bir təsiri olacaq. Bugün baş verənlər bu gündə aldı. Əlbəttə, müəyyən qədər gərginlik yaşadıq, məşqin vaxtını dəyişməli olduq. Lakin ümumilikdə götürsək, sabahkı matça təsir etməyəck. Istədiyimiz yaxşı oyunu göstərməyə çalışacağıq.

Bu oyuna əsasən hansı planla çıxacaqsız: qol buraxmamaq, yoxsa qələbə qazanmaq?

- Əlbəttə, qol buraxmamaq əla olardı. Ancaq əvvəl də qeyd etdiyim kimi, “Arsenal” hazırda yaxşı formadadır. Qol buraxmamaq yaxşı olardı. Eyni zamanda unutmayaq ki, bizi hələ Bakıda da cavab oyunu gözləyir. Ağıllı oynamalıyıq. Təbii ki, bu matça hazırlaşmaq üçün vaxtımız olub və sabah şanslarımızdan istifadə edərək qol vurmağa da çalışacağıq.

- “Arsenal”ın Avroliqaya ilk dəfə çıxdığını və biletlərin hamısının satıldığını nəzərə alsaq, ajiotajın və təzyiqin böyük olacağı faktdı. İşdi, birdən “Neftçi” erkən qol buraxsa…
- Siz bizim ilk dəqiqələrdən qol buraxmağımızı istəyirsiz? (gülür) Təbii, sadalanan məqamları nəzərə almışıq, çox çətin olacaq. Rəqib ilk dəfədir qitəmiqyaslı turnirdə iştirak edir və tribunaların coşqusunu təsəvvür edirik. Ancaq biz də hazırlaşmışıq. Bəli, meydan amili rəqibin üstünlüyüdür, amma sonra eyni üstünlük bizdə olacaq. Burdan müsbət nəticəylə qayıtmağa çalışacağıq. Sabah nəyin necə olacağını görəcəyik.

Hava proqnozu oyun üçün yağmur vəd edir. Bunun təsiri nə dərəcədə ola bilər?
- Əslində, düşünmürəm ki, ehtimal olunan yağış bizim komandada, yaxud rəqibdə hər hansi bir takiki dəyişikliyə səbəb olsun. Yağmur yalnız meydanın ot örtüyünə təsir göstərə bilər ki, arenanın vəziyyətinə baxmışam, o da ağlabatan deyil. əksinə, ümid edirəm, əls sürətli futbol ab-havası olacaq.

Elvin ƏHƏD, Tula şəhəri

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti