Qazaxıstanın “Astana” klubu Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda səfərdə Andorra “Santa Koloma”sı ilə qolsuz bərabərə qalıb.
Sportinfo.az xəbər verir ki, 0:0 hesabıyla bitən görüşdən sonra “Astana”nın baş məşqçisi Roman Qriqorçkun mətbuat konfrası keçirilməyib.
Buna səbəb Andorra klubu tərəfindən Qriqorçuk üçün tərcüməçinin ayrılmaması olub.
2014-2018-ci illər aralığında “Qəbələ”ni çalışdırmış Roman Qriqorçuk ötən ilin yayından “Astana”nın baş məşqçisidir.

