“Qəbələ” Avropa Liqasına hazırlığını davam etdirir.
Sportinfo.az xəbər verir ki, Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışından sonra bir neçə gün Bakıda hazırlıq keçən komanda artıq Qəbələyə yollanıb.
Sənan Qurbanovun çalışdırdığı kollektiv hazırda Tiflis “Dinamo”su ilə oyuna hazırlığı Qəbələ şəhər stadionunda sürdürür.
Avrokubok mübarizəsinə 2-ci təsnifat mərhələsindən başlayacaq “Qəbələ”nin “Dinamo” (Tbilisi)ilə ilk oyunu iyulun 25-də Qəbələ şəhər stadionunda baş tutacaq və saat 19:00-da başlayacaq.
"Qəbələ" ciddi itkiylə üzləşib. "Qırmızı-qaralar"ın yarımmüdafiəçisi Kamal Mirzəyev sıradan çıxıb.
Əzələsini dartan 24 yaşlı futbolçu Tblisi təmsilçisinə qarşı keçiriləcək ilk matçı buraxmalı olacaq. Kamalın cavab matçına yetişəcəyi ehtimal olunur.

