“Qəbələ” yolunda 1 manat

24 İyul 2019 12:36 Avropa Liqası 465
“Qəbələ” yolunda 1 manat

Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Qəbələ” ilə “Dinamo” (Tiflis) arasında keçiriləcək ilk oyunun biletləri satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Qəbələ”nin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, iyulun 25-də baş tutacaq görüşün biletlərinin qiyməti 1, 2 və 50 (VİP) AZN-di.

“Qəbələ" – "Dinamo" matçına biletləri "Qəbələ" Futbol Akademiyasında yerləşən “Qəbələ Store” mağazasından əldə etmək olar.

İyulun 25-də Qəbələ şəhər stadionunda keçiriləcək sözügedən matça saat 19:00-da start veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti