Avropa Liqasında II təsnifat mərhələsində Tula "Arsenal"ı ilə keçirəcəyi ilk oyun üçün Rusiyaya uçmaqda problemlə üzləşən "Neftçi"nin kapitanı Emin Mahmudov sərnişinlərə jest edib.
Sportinfo.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Heydər Əliyev Beynəlxalq Aeroportunda konfet alaraq gözləmə zalında əyləşən Bakı - Moskva reysinin sərnişinlərinə paylayıb.
Saat 06:50-də uçmalı olan təyyarədə texniki problem üzündən havaya qalxa bilməyib.

