"Zədə ilə bağlı problemim yoxdu, özümü yaxşı hiss edirəm və oyuna hazıram".
Sportinfo.az xəbər verir ki, bunu "Qəbələ"nin hücumçusu Davit Volkov deyib.
24 yaşlı forvardın şərəfini qoruduğu "qırmızı-qaralar" Avropa Liqasının II təsnifat mərhələsində onun həmyerliləri olan Tbilisi "Dinamo"su ilə qarşılaşacaq.
Ölkəsi Gürcüstan mətbuatına qısa açıqlama verən sabiq "Dinamo"lu görüşə hazır olduqlarını bildirib:
"Dinamo" qarşısında gözləntilər böyükdü. Bütün kollektiv bu matça köklənib. Həmçinin mən özüm də oyuna tam hazıram.
Cütlük barədə proqnoz vermək çətindi. Onu deyə bilərəm ki, kim layiqdisə, o da növbəti mərhələyə vəsiqə qazansın".
"Qəbələ" ilə "Dinamo" arasında ilk oyun sabah Qəbələdə keçiriləcək və 19:00-da başlayacaq.

