Avropa Liqasında ölkəmizi təmsil edən "Neftçi" vətəni tərk edir.
"Ağ-qaralar" Avropa Liqasının II təsnifat mərhələsində "Arsenal"la qarşılaşmaq üçün Rusiyaya yola düşür.
Komandanı aparacaq təyyarə bir neçə dəqiqə sonra Moskvaya yola düşəcək. Paytaxt təmsilçisi Tulaya Moskvadan avtobusla gedəcək.
"Neftçi"nin qafiləsi saat 06:10-da havaya qalxmalıydı. Lakin uçuşa dəqiqələr qalmış məlum olub ki. təyyarənin mühərrikində problem var.
Bu üzdən reys təxirə salınıb. AZAL-ın nümayəndələri öncə reysin 30 dəqiqəlik təxirə salındığını açıqlasa da, sözlərinin üstündə dayanmayıblar.
Nəticədə 70 nəfərə yaxın klub təmsilçiləri və media mənsubları, həmçinin adi sərnişinlər 5 saat aeroportda gözləməli olub.
Bakılılar bu gün axşam saatlarında qarşılaşmanın keçiriləcəyi mərkəzi arenada son məşqini keçəcək.
Sabah keçiriləcək "Arsenal" - "Neftçi" oyunu Bakı vaxtı ilə 21:00-da başlayacaq.
SPORTİNFO.AZ

