Rusiyanın Tula şəhərində "Arsenal" və "Neftçi" arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşündə tribunaların tam dolacağı gözlənilir.
Sportinfo.az xəbər verir ki, hazırda alıcı fəallığı müşahidə olunmaqdadır. Oyun zamanı anşlaqın olacağı vurğulanıb.
Biletlərin qiyməti 200 - 700 rubl (təqribən, 5 - 12,5 manat) araılığındadır. Hazırda satışda 1683 bilet qalıb. "Arsenal" mərkəzi stadionu 19241 tamaşaçı tutumuna malikdir.
"Arsenal" və "Neftçi" iyulun 25-də üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

