"Neftçi"nin rəqibinin 1 futbolçusu simvolik komandada

23 İyul 2019 18:36 Avropa Liqası 600
"Neftçi"nin rəqibinin 1 futbolçusu simvolik komandada

Rusiya Premyer Liqasında II turun simvolik komandası açıqlanıb.

Sportinfo.az xəbər verir ki, rəmzi "11-lik" "InStat"ın təhlilinə əsasən müəyyənləşib.

Geridə qalan turda "Krılya Sovetov" üzərində səfər qələbəsi qazanan (3:2) "Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi "Arsenal"da 1 oyunçu rəmzi komandaya düşüb.

Bu, son dəqiqələrdə zədələnərək əvəzlənən mərkəz müdafiəçisi Maksim Belyayevdi. 2 turdan sonra yalnız "Ural" və "Zenit" maksimum xal toplayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti