İiyulun 25-də Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq "Arsenal" buna tarixi oyun gözü ilə baxır.
Sportinfo.az xəbər verir ki, ilk dəfə avrokuboklarda iştirak edəcək Tula təmsilçisi azarkeşlər üçün sürprizlər hazırlayır.
Oyun günü yerli vaxtla 18:00-da "Arsenal" stadionu ərazisində fanzona təşkil olunacaq. Qırmızı-sarı top açılacaq, daha sonra fanzonada yarışlar, viktorinalar, mini-futbol oyunları keçiriləcək.
Rəhbərlik bu addımı matça daha çox azarkeş gəlməsi üçün atır. Klub eyni zamanda yerli sakinləri tribunaları doldurmağa və komandanı dəstəkləməyə dəvət edib.

