İyulun 25-də Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda “Qəbələ” “Dinamo”nu (Tbilisi) qəbul edəcək.
Sportinfo.az xəbər verir ki,Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Dinamo” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl - iyulun 24-də saat 18:30-da arenanın media zalında start götürəcək.
İlk olaraq jurnalistlərin önünə “Dinamo”nun baş məşqçisi çıxacaq. Saat 19:30-da isə “Qəbələ”nin məşqçisi Sənan Qurbanov media nümayəndələrinin suallarını cavablandıracaq.
Komandaların oyunöncəsi son məşqi də Qəbələ şəhər stadionunda baş tutacaq. “Qırmızı-qaralar” saat 20:00-da, qonaqlar isə 19:00-da məşqə çıxacaq.

