“Neftçi” tanıtdı: Haranın "Arsenal"ısan? - VİDEO

23 İyul 2019 14:00 Avropa Liqası 816
“Neftçi” tanıtdı: Haranın "Arsenal"ısan? - VİDEO

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Speranta”nı iki oyunun nəticəsinə görə 9:0 üstələyən (ilk oyun 3:0, cavab matçı 6:0) “Neftçi” növbəti mərhələyə vəsiqə qazandı.

Sportinfo.az xəbər verir ki, artıq Azərbaycan təmsilçisinin növbəti rəqibi də bəllidi.

Belə ki, “ağ-qaralar" 2-ci təsnifat mərhələsində "Arsenal" (Tula) ilə qarşılaşacaq. Bu rəqiblə ilk oyun iyulun 25-də Tulada, cavab görüşü isə avqustun 1-də Bakıda baş tutacaq.

Tuladakı qarşılaşmaya yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 21:00) start veriləcəyi bəllidi. "Neftçi"nin mətbuat xidməti rəqiblə bağlı tanıtım videosu hazırlayıb:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti