"Qəbələ” ehtiyatlı olsun: "Dinamo" xuliqanları da gətirir

23 İyul 2019 16:36 Avropa Liqası 707
"Qəbələ” ehtiyatlı olsun: "Dinamo" xuliqanları da gətirir

"Qəbələ” ilə Avroliqanın 2-ci təsnifat mərhələsində üz-üzə gələcək Tiflis "Dinamo”su iyulun 24-də ölkəmizə təşrif buyuracaq.

Sportinfo.az xəbər verir ki, həmin gün səhər saatlarında çarter reysi ilə Qəbələyə gəlməyi planlaşdıran Gürcüstan komandasını 17 yerli jurnalist müşayiət edəcək.

Media mənsubları ölkəmizə xüsusi avtobusla gələcək. Tərəflərin ilk görüşü 25 iyulda, yerli vaxtla 19:00-da Qəbələdə reallaşacaq.

"Dinamo”nu 40-50 fanatın dəstəkləyəcəyi gözlənilir. Qəbələyə avtobusla gələcək tərəfdarlar arasında beynəlxalq matçlarda təxribatçı davranışlarıyla diqqət çəkən xuliqanlar da olacaq.

Düzdü, matç ərəfəsində Azərbaycana yollanacaq azarkeşlərə təxribata yol verməmək barədə xəbərdarlıq edilib.

Ancaq iki ölkə sərhəddində baş verən məlum olayın ardından hər hansı xoşagəlməz olayın yaşanması mümkündü.

Bir qrupdan ibarət fanat dəstəsi daha öncə Bakıda Qaxı Gürcüstana qatmaq arzusunu dilə gətirib, siyasi qalmaqala səbəb olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti