Sportinfo.az xəbər verir ki, bu gün Avropa Liqasının Çempionlar yolunda III təsnifat mərhələsinin püşkü atılıb.
İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Çempionlar Liqasından bu turnirə yuvarlananların potensial rəqibləri bilinib.
Mərasimə Çempionlar Liqasının II təsnifat mərhələsinin 10 cütü, Avropa Liqasının Çempionlar yolunun II təsnifat mərhələsinin 9 cütü, eyni zamanda “Sarayevo” qatılıb. ÇL-in II mərhələsinin məğlubları bu turnirdə daha əvvəl uduzan, ancaq Avropa Liqasında III raunda adlayanlarla qarşılaşacaq.
Avropa Liqası / III təsnifat mərhələsi
Çempionlar yolu
"Sutyeska" (Monteneqro)/APOEL (Kipr) cütünün məğlubu - "HB Torshavn" (Farer adaları)/"Linfild" (Şimali İrlandiya) cütünün qalibi
ÇFR (Kluj, Rumıniya)/“Makkabi” (Təl-Əviv, İsrail) cütünün məğlubu - "Tre Penne" (San-Marino)/"Suduva" (Litva) cütünün qalibi
"Ararat" (Ermənistan)/“Linkoln” (Cəbəllütariq) cütünün qalibi - "Saburtalo" (Gürcüstan)/"Dinamo” (Xorvatiya) cütünün məğlubu
"Pyast" (Polşa)/"Riqa" (Latviya) cütünün qalibi - "Srvena Zvezda" (Serbiya)/HİK (Finlandiya) cütünün məğlubu
"Valyur" (İslandiya)/"Lüdoqorets" (Bolqarıstan) cütünün qalibi - TNS (Uels)/“Kopenhagen” (Danimarka) cütünün məğlubu
“Sarayevo” (Bosniya və Herseqovina) - BATE (Belarus)/"Rusenborq" (Norveç) cütünün məğlubu
"Şkendiya" (Makedoniya)/"Düdelanj" (Lüksemburq) cütünün qalibi - "Seltik" (Şotlandiya)/"Nomme Kalyu" (Estoniya) cütünün məğlubu
“Santa Koloma” (Andorra)/"Astana" (Qazaxıstan) cütünün qalibi - "Ferensvaroş" (Macarstan)/"Valletta" (Malta) cütünün məğlubu
"Partizani" (Albaniya)/"Şerif" (Moldova) cütünün qalibi - "Maribor" (Sloveniya)/AIK (İsveç) cütünün məğlubu
"Slovan" (Slovakiya)/“Ferronikeli” (Kosovo) cütünün qalibi - "Dandolk" (İrlandiya)/"Qarabağ" (Azərbaycan) cütünün məğlubu
Avropa Liqasında III təsnifat mərhələsinin oyunları avqustun 8-də və 15-də keçiriləcək.

