Avropa Liqasının (AL) Çempionlar yolunda III təsnifat mərhələsinin püşkü atılıb.
Çempionlar Liqasından (ÇL) bu turnirə yuvarlanan komandaların potensial rəqibləri müəyyənləşib.
Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Dandolk” cütünün məğlubunun da potensial rəqibi bəlli olub.
Azərbaycan çempionu əgər İrlandiya klubuna yenilsə, Avropa Liqasına yuvarlanacaq və AL-də II raundun "Slovan" (Slovakiya) - “Ferronikeli” (Kosovo) cütlüyünün qalibinə rəqib olacaq.
"Qarabağ" Avropa Liqasına düşsə, III raundun ilk oyununu səfərdə keçirəcək. Avropa Liqasında III təsnifat mərhələsinin oyunları avqustun 8-də və 15-də keçiriləcək.

