"Neftçi" və "Qəbələ"nin AL-da potensial rəqibi bilinir - BU GÜN

22 İyul 2019 15:36 Avropa Liqası 582
"Neftçi" və "Qəbələ"nin AL-da potensial rəqibi bilinir - BU GÜN

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin Əsas yolunun püşkü atılacaq.

İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə 16:00-da start götürəcək.

Mərasimə 39 cüt və 13 klub qatılacaq.

Cütlərdən 37-si Avropa Liqasi, 2-si Çempionlar Liqasını təmsil edir. Sonuncu cütlərdə uduzanlar, Avropa Liqasında isə qalib gələnlər mübarizəni burada davam etdirəcəklər.

Azərbaycan kubokunun qalibi “Qəbələ”nin Tbilisi “Dinamo”su, vitse-çempion “Neftçi”nin isə Tula “Arsenal”ı ilə cütünün rəqibi də müəyyənləşəcək.

Avropa Liqasında III təsnifat mərhələsinin oyunları avqustun 8-də və 15-də keçiriləcək.

Avropa Liqası / III təsnifat mərhələsi, Əsas yol

1-ci qrup / Səpələnmişlər

“Hapoel Bier-Şeva” (İsrail) - “Kayrat” (Qazaxıstan) cütünün qalibi

“Feyenoord” (Hollandiya)

“Apollon” (Kipr) - “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi

“Torino” (İtaliya) - "Debretsen" (Macarıstan) cütünün qalibi

“Viktoriya” (Çexiya) – “Olimpiakos” (Yunanıstan) cütünün məğlubu

Səpələnməmişlər

“Austriya” (Vyana, Avstriya)

“Norçepinq” (İsveç) – “Liepaya” (Latviya) cütünün qalibi

“Qəbələ” (Azərbaycan) - "Dinamo" (Gürcüstan) cütünün qalibi

“Şaxtyor” (Belarus) - “Esbyerq” (Danimarka) cütünün qalibi

“Antverpen” (Belçika)

2-ci qrup

Səpələnmişlər

“Braqa” (Portuqaliya)

"Alaşkert" (Ermənistan) - "Styaua" (Rumıniya) cütünün qalibi

“Spartak” (Moskva, Rusiya)

“Mölde” (Norveç) - "Çukariçki" (Serbiya) cütünün qalibi

“Strasburq” (Fransa) - "Makkabi" (Hayfa, İsrail) cütünün qalibi

Səpələnməmişlər

“Tyun” (İsveçrə)

“Lexiya” (Qdansk, Polşa) - "Brondbü" (Danimarka) cütünün qalibi

“Mlada Boleslav” (Çexiya) - "Ordabasi" (Qazaxıstan) cütünün qalibi

“Aris” (Yunanıstan) - AEL (Limasol, Kipr) cütünün qalibi

“Lokomotiv” (Plovdiv, Bolqarıstan) - “Spartak” (Slovakiya) cütünün qalibi

3-cü qrup

Səpələnmişlər

“Vulverhempton” (İngiltərə) - “Kruzaders” (Şimali İrlandiya) cütünün qalibi

“Legiya” (Polşa) - “Kuopio” (Finlandiya) cütünün qalibi

“Gent” (Belçika) - “Vitorul” (Rumıniya) cütünün qalibi

“Midtyulland” (Danimarka)

“Alkmaar” (Hollandiya) – “Haken” (İsveç) cütünün qalibi

Səpələnməmişlər

AEK (Kipr) - "Levski" (Bolqarıstan) cütünün qalibi

“Pünik” (Ermənistan) - “Yabloneç” (Çexiya) cütünün qalibi

“Dunayska Ştreda” (Slovakiya) - “Atromitos” (Yunanıstan) cütünün qalibi

“Reyncers” (Şotlandiya) - “Progres” (Lüksemburq) cütünün qalibi

“Mariupol” (Ukrayna)

4-cü qrup

Səpələnmişlər

PSV (Holldnaiya) – “Bazel” (İsveçrə) cütünün məğlubu

“Konnak” (Uels) - “Partizan” (Serbiya) cütünün qalibi

“Ayntraxt” (Almaniya) - “Flora” (Estoniya) cütünün qalibi

“Riyeka” (Xorvatiya)

"Jeness" (Lüksemburq) - “Vitoriya” (Portuqaliya) cütünün qalibi

Səpələnməmişlər

“Vidi” (Macarıstan) - “Vaduts” (Lixtenşteyn) cütünün qalibi

“Hoqesun” (Norveç) - “Ştrum” (Qraz, Avstriya) cütünün qalibi

“Malatyaspor” (Türkiyə) - "Olimpiya" (Sloveniya) cütünün qalibi

"Aberdin" (Şotlandiya) - “Çixura” (Gürcüstan) cütünün qalibi

“Qzira” (Malta) - “Ventspils” (Latviya) cütünün qalibi

5-ci qrup

Səpələnmişlər

“Sparta” (Çexiya)

“Espanyol” (İspaniya) - “Styarnan” (İslandiya) cütünün qalibi

"Domjale" (Sloveniya) - “Malmö” (İsveç) cütünün qalibi

AEK (Yunanıstan)

“Zarya” (Ukrayna) - "Buduçnost" (Monteneqro) cütünün qalibi

“Arsenal” (Tula, Rusiya) - “Neftçi” (Azərbaycan) cütünün qalibi

Səpələnməmişlər

“Trabzonspor” (Türkiyə)

“Utrext” (Hollandiya) - "Zrinski" (Bosniya və Herseqovina) cütünün qalibi

MOİK (Bolqarıstan) - “Osiyek” (Xorvatiya) cütünün qalibi

“Lütsern” (İsveçrə) - “Klaksvik” (Farer adaları) cütünün qalibi

“Bney Yehuda” (İsrail)

"Honved" (Macarıstan) - "Universitatya” (Krayova, Rumıniya) cütünün qalibi

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti