"Qarabağ" Avropa Liqasında kimlə qarşılaşa bilər?

22 İyul 2019 12:36 Avropa Liqası 698
"Qarabağ" Avropa Liqasında kimlə qarşılaşa bilər?

Bu gün Avropa Liqasının Çempionlar yolunda III təsnifat mərhələsinin püşkü atılacaq.

İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Çempionlar Liqasından bu turnirə yuvarlananların potensial rəqibləri bilinəcək.

Bakı vaxtı ilə saat 14:25-də başlayacaq mərasimdə Çempionlar Liqasının II təsnifat mərhələsinin 10 cütü, Avropa Liqasının Çempionlar yolunun II təsnifat mərhələsinin 9 cütü, eyni zamanda “Sarayevo” qatılacaq.

Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Dandolk” cütünün məğlubu da potensial rəqibini tanıyacaq.

Ümumiyyətlə, ÇL-in II mərhələsinin məğlubları bu turnirdə daha əvvəl uduzan, ancaq Avropa Liqasında III raunda adlayanlarla qarşılaşacaq.

Avropa Liqasında III təsnifat mərhələsinin oyunları avqustun 8-də və 15-də keçiriləcək.

Avropa Liqası / III təsnifat mərhələsi

Çempionlar yolu

I qrup

TNS (Uels) - “Kopenhagen” (Danimarka) cütünün məğlubu

"Saburtalo" (Gürcüstan) - ”Dinamo” (Xorvatiya) cütünün məğlubu

ÇFR (Kluj, Rumıniya) - “Makkabi” (Təl-Əviv, İsrail) cütünün məğlubu

"Sutyeska" (Monteneqro) - APOEL (Kipr) cütünün məğlubu

"Srvena Zvezda" (Serbiya) - HİK (Finlandiya) cütünün məğlubu

"Tre Penne" (San-Marino) - "Suduva" (Litva) cütünün qalibi

"Pyast" (Polşa) - "Riqa" (Latviya) cütünün qalibi

"Ararat" (Ermənistan) - “Linkoln” (Cəbəllütariq) cütünün qalibi

"Valyur" (İslandiya) - "Lüdoqorets" (Bolqarıstan) cütünün qalibi

"HB Torshavn" (Farer adaları) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi

II qrup

"Seltik" (Şotlandiya) - "Nomme Kalyu" (Estoniya) cütünün məğlubu

BATE (Belarus) - "Rusenborq" (Norveç) cütünün məğlubu

"Dandolk" (İrlandiya) - "Qarabağ" (Azərbaycan) cütünün məğlubu

"Maribor" (Sloveniya) - AIK (İsveç) cütünün məğlubu

"Ferensvaroş" (Macarstan) - "Valletta" (Malta) cütünün məğlubu

“Sarayevo” (Bosniya və Herseqovina)

"Partizani" (Albaniya) - "Şerif" (Moldova) cütünün qalibi

"Slovan" (Slovakiya) – “Ferronikeli” (Kosovo) cütünün qalibi

“Santa Koloma” (Andorra) - "Astana" (Qazaxıstan) cütünün qalibi

"Şkendiya" (Makedoniya) - "Düdelanj" (Lüksemburq) cütünün qalibi

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti