"Kim bütün ölkənin nüfuzu ilə risk edərdi ki?"

22 İyul 2019 15:00 Avropa Liqası 787
"Kim bütün ölkənin nüfuzu ilə risk edərdi ki?"

“Finalı Azərbaycan millisi ilə birlikdə izlədim“.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Neftçi“nin və millinin yarımmüdafiəçisi Emin Mahmudova məxsusdu.

O, Avropa Liqasının Bakıdakı finalı və “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryanın oyuna gəlməkdən imtinası barədə fikirlərini bildirib:

“Məncə, yeganə problem qaçış zolaqlarıdı. Amma bununla “Lujniki”dən Romaya qədər bütün Olimpiya stadionlarında üzləşirlər.

Ola bilər, İngiltərədən olan azarkeşlərə bizə gəlmək çətin idi. Amma finala “Ayntraxt” çıxsaydı, əminəm ki, daha çox azarkeş olardı.

Biz AVRO-2020-nin seçmə mərhələsində Macarıstana oynayanda çox sayda qonaqlar gəlmişdi.

Düzünü desəm, insanlar üçün Mxitaryanın gəlib-gəlməməsinin fərqi yoxdu. Onun gəlməməsi müzakirə olunmadı.

Daha artığını deyim, həmin vaxt – mayın sonunda Bakıda beynəlxalq turnir keçirilirdi. Ora erməni oğlan və qız idmançılar gəlmişdilər.

Hər şey sakit keçdi. Əminəm ki, Mxitaryanla da belə olardı. “Arsenal”ın bütün oyunçuları təhlükəsizlikdə olacaqdı.

Kim aydın olmayan nəyə görə isə bütün ölkənin nüfuzu ilə risk edərdi ki?”

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti