"Neftçi"nin moldovalılara tutduğu "toy" - İKİ VİDEO

21 İyul 2019 18:00 Avropa Liqası 635
"Neftçi"nin moldovalılara tutduğu "toy" - İKİ VİDEO

"Neftçi" Avropa Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi buna Moldova "Sperantsa"sını I raundun cavab matçında da məğlub etməklə nail olub.

Səfərdə rəqibi 3 cavabsız qolla üstələyən "ağ-qaralar", evdə daha böyükhesablı qələbəyə seviniblər - 6:0.

"Neftçi"nin heyətində Vangelis Platellas 18-ci və 40-cı dəqiqələrdə fərqlənməklə dubl edib. Kapitan Emin Mahmudov 24-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Dario Frederiko 42-ci, Jozef Monroz 67-ci, İsmayıl Zülfüqarlı isə 73-cü dəqiqədə rəqib qapısına yol tapıb.

"Neftçi"TV bu oyunla bağlı geniş videoreportaj hazırlayıb, izləməyi qaçırmayın:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti