İspaniyalı məşqçi: "Qəbələ" ilə şanslarımız bərabərdi"

21 İyul 2019 17:24 Avropa Liqası 729
İspaniyalı məşqçi: "Qəbələ" ilə şanslarımız bərabərdi"

Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olacaq "Dinamo"nun məşqçisi Xisko Munyos Andorra "Enqordani"sini 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 38 yaşlı ispaniyalı mütəxəssis "Qəbələ" ilə şansların bərabər olduğunu deyib:

"Çətin oyun oldu. İlk oyundan sonra böyük üstünlüyümüz var idi. Ev sahibi komanda doğma azarkeşləri önündə böyük həvəslə oynayırdı.

Yekunda ikinci oyunda da qalib gələ bildik. Növbəti rəqibimiz olduqca güclüdür. Şansları bərabər hesab edirəm".

"Dinamo" "Enqordani"ni ilk matçda 6:0 hesabı ilə udmuşdu.

Xisko "Dinamo"nun baş məşqçisi Feliks Visentenin köməkçisidir.

Cütün ilk oyununu iyulun 25-də Qəbələ şəhər stadionunda keçirəcək. Oyun 19:00-da start götürəcək. Cavab görüşü isə avqustun 1-i səfərdə baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti