Tbilisi "Dinamo"su "Qəbələ" üçün 8 legioner sifariş etdi

20 İyul 2019 15:00 Avropa Liqası 976
Tbilisi "Dinamo"su "Qəbələ" üçün 8 legioner sifariş etdi

“Dinamo” Avropa Liqasının II təsnifat mərhələsində Azərbaycan Kubokunun qalibi “Qəbələ” ilə oyunlar üçün sifariş vərəqini UEFA-ya təqdim edib.

Sportinfo.az xəbər verir ki, Tbilisi təmsilçisinin baş məşqçsi Feliks Visente Miranda “qırmızı-qaralar”la oyunlarda 24 futbolçunun – 3 qapıçı, 7 müdafiəçi, 12 yarımmüdafiəçi və 2 hücumçunun xidmətindən yararlana bilər.

Onlardan 8-i legionerdi.

Bu komandalar arasında ilk oyun iyulun 25-də Qəbələ keçiriləcək və saat 19:00-da başlayacaq. Cavab görüşü isə bir həftə sonra Tbilisi də olacaq.

Qapıçılar: 1. Xose Perales (İspaniya), 12. Sergey Litovçenko (Ukrayna), 25. Luka Kutaladze

Müdafiəçilər: 2. Quca Ruxaia, 3. Viktor Monxil (İspaniya), 4. Abdel Medub (Fransa), 5. Davit Kobouri, 16. Georgi Kimadze, 24. Nodar İaşvili, 29. Aleksandr Kapilenko (Ukrayna)

Yarımmüdafiəçilər: 6. Bakar Kardava, 7. Georgi Zarya, 8. Georgi Kuxianidze, 10. Levan Şengeliya, 11. Akaki Şulaya, 14. Arpanq Daffe (Seneqal), 15. Georgi Papava, 23. İrakli Azarov, 32. Nika Ninua, 35. Mixail Şişka (Ukrayna), 36. Mate Kvirkvia, 38. Nodar Kavtaradze (Rusiya)

Hücumçular: 19. Levan Kutalya, 26. Georgi Abuaşvili

Baş məşqçi: Feliks Visente Miranda

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti