"Arsenal", "Neftçi" və albanlar

20 İyul 2019 13:24 Avropa Liqası 681
"Arsenal", "Neftçi" və  albanlar

Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Arsenal” (Tula, Rusiya) – "Neftçi” matçının təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, oyun Albaniyadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Enea Yorqyi olacaq. Ona Ridiger Çokay və İlir Tartaray kömək edəcəklər. Dördüncü hakim funksiyasını Klaydi Kola yerinə yetirəcək.

UEFA nümayəndəsi Sergey İliç (Belarus), hakim-inspektor isə Pavel Saliy (Qazaxıstan) olacaq.

İyulun 25-də "Arsenal” mərkəzi stadionunda keçiriləcək "Arsenal” – "Neftçi” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti