"Bunun günahkarı özümüzük"

20 İyul 2019 12:36 Avropa Liqası 630
"Bunun günahkarı özümüzük"

"Çox istirahət edə bilməmişdim və bir həftə əvvəl kollektivə qoşulmuşdum.

Buna baxmayaraq, özümü meydanda yaxşı hiss edirdim".

Sportinfo.az xəbər verir ki, bunu "Universitatya Krayova"nın yarımmüdafiəçisi Aleksandru Çikeldeu deyib.

Avropa Liqasının I təsnifat mərhələsində "Səbail"lə qarşılaşan Rumıniya klubu Bakıda olduğu kimi, Krayovada da 3:2 hesablı qələbə qazanaraq, növbəti mərhələyə adlayıb.

Görüşlə bağlı yerli mətbuata açıqlama verən 22 yaşlı orta sahə oyunçusu cavab oyununda vəziyyət qəlizləşdiyi üçün günahı özlərində görür:

"Səbail"lə oyun asan keçmədi. Amma bunun günahkarı da özümüzük. Hesabda 2:0 öndə olarkən rəqibə şans verməməli idik.

Gənclər yığmasındakı çıxışdan sonra özümə inamım daha da artıb. Artıq bütün diqqətimizi daxili çempionata yönəltməliyik. Çünki həftəsonu "Dinamo" ilə çətin səfər oyunumuz olacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti