Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi"yə hər iki görüşdə böyük hesabla məğlub olan "Sperantsa" Moldova futbol tarixinə düşüb.
Sportinfo.az xəbər verir ki, komanda antirekordu təkrarlayıb.
"Sperantsa" avrokuboklarda iki görüşün ümumi nəticəsinə görə, 9 top fərqi ilə yenilməklə, buna "nail olub".
Buna qədər "Tiliqul" və "Konstruktorul" eyni aqibətlə üzləşmişdi.
Birincilər 1997-ci ildə UEFA Kubokunda İsveçrə "Ksamaks"ına 1:3 və 0:7 hesabları ilə uduzubsa, ikincilər 2000-ci ildə Bolqarıstan MOİK-inə 2 top vurub, 11-ni buraxıb (2:3, 0:8).
"Sperantsa"da isə ümumi göstərici 0:9 olub (0:3, 0:6).

