"Neftçi"nin Avroliqadakı yeni rəqibi milli üzvünü saxlaya bilmədi

20 İyul 2019 00:40 Avropa Liqası 794
"Neftçi"nin Avroliqadakı yeni rəqibi milli üzvünü saxlaya bilmədi

"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi "Arsenal" aparıcı futbolçularından biri ilə vidalaşıb.

Sportinfo.az xəbər verir ki, hücumçu Rezuan Mirzov Tula təmsilçisi ilə yollarını ayırıb.

Ötən mövsümü "Arsenal"da icarə əsasında çıxış edən Rusiya millisinin üzvünü tulalılar müqavilə ilə məxsus olduğu "Rostov"dan yenidən icarəyə götürməyə çalışıb.

Lakin onların bu cəhdləri uğursuz alınıb. 26 yaşlı oyunçu bir müddətdi danışıq apardığı Moskva "Spartak"ı ilə müqavilə imzalayıb.

"Arsenal"la "Neftçi" arasında ilk oyun iyulun 25-də Rusiyada keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti