«Neftçi» Avropa Liqasında ilk mərhələ səddini asanlıqla aşdı.
Paytaxt təmsilçisi «Speranta»ya Kişinyovda 3:0, Bakıda 6:0 hesabıyla qalib gəldi.
Dünənki qarşılaşmadan sonra «ağ-qaralar»ın paltardəyişmə otağında maraqlı hadisə yaşanıb.
Futbolçular onları təbrik etmək məqsədilə paltardəyişmə otağına gələn rəhbərlikdən mükafatın artırılmasını istəyib.
Çox yox, cəmi 1000 manat! Başqa sözlə, 4000 kifayətdi (Sportinfo.az).

