Sportinfo.az xəbər verir ki, ölkəmizi Avropa Liqasında təmsil edən “Neftçi” birinci təsnifat mərhələsinin cavab matçında “Sperantsa”yu 6:0 hesabıyla məğlub edib.
Qarşılaşmadan sonra “qafqazinfo”ya açıqlama verən “ağ-qaralar”ın Müşahidə Şurasının sədri Çingiz Abdullayev böyükhesablı qələbəni şərh edib:
“Çox yaxşı oynadıq. Tarixi qələbə qazandıq. Ümid edirəm ki, “Arsenal”ı da keçəcəyik.
Bunun üçün gücümüz var. Yeni transferlə də komandaya güc qatıb. Oyundan razıyam”.

