"Səbail" oyunun ilk hissəsini püşkdən sonra, ikinci hissəsini isə Bayılda uduzmuşdu.
İçi Ramin Musayev, Aftandil Hacıyev qarışıq,
Rumıniya klubunu elə təqdim etdilər ki, sanki qarşındakı "Ayaks"dı. Halbuki, rəqib komanda Esyen məsələsini önə çəkib bizi ciddi, varlı klub kimi qəbul edirdi.
Bəli, rəqib zəif deyildi, amma keçilməz də deyildi. Hər iki oyun bunu sübut etdi. Sadəcə, cəsarətli olmaq lazım idi.
Ən əsası, ilk oyundan sonra sırf müdafiə xətti ilə bağlı Aftandil Hacıyevə sual vermişdim.
Bu gün də sözümün üstündə dururuam ki, "Səbail"in müdafiə xəttinin iki oyunda buraxdığı səhvləri heç uşaq liqalarındakı müdafiəçilər də buraxmır.
"Neftçi"nin ilk mərhələni bu cür rahat keçməsi bir qədər gözlənilməz ola bilər. Amma öncədən də məlum idi ki, "Neftçi" bu cütün favoritidir.
Rəqib zəif idi. Lap kimlərsə ona "məhlə komandası" da deyə bilər. Amma vacib olan bu "məhlə komandası"nı problemsiz keçmək idi ki, "Neftçi" də bunu artıqlaması ilə bacardı.
Təbii ki, "Arsenal"la oyunlar tamam fərqli olacaq və "Neftçi" əsl gücünü həmin oyunlarda göstərməlidir.
"Qarabağ"a gəlincə, bu komanda da cütün favoriti idi və gözlənildiyi kimi, mərhələni keçdi. Amma düşünürəm ki, həyəcan təbili üçün ciddi əsaslar var.
Müdafiə xətti məni çox narahat edir. 75-ci dəqiqədə rəqib 100 faizlik imkanı qola çevirsəydi hər şey bitmişdi.
Bədavi zədəlidi. Rəşad hələ ki təcrübəsi hesabına idarə edir. Rahil hər an partlamağa hazır bomba kimidi.
İki dəfə rəqibi ciddi şəkildə buraxdı. Yenə deyirəm, müdafiə xəttindən çox narahatam.
Anar Xanlarov

