Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub.
Sportinfo.az xəbər verir ki, təmsilçilərimizdən “Neftçi” də cavab matçına çıxıb.
Roberto Bordinin komandası Bakıda “Sperantsa”nı qəbul edib. Səfərdəki görüşdə 3 cavabsız qolla qalib gələn “ağ-qaralar” bu dəfə rəqibini darmadağın edib - 6:0.
"Neftçi" II təsnifat mərhələsində Tula "Arsenal"ı ilə qarşılaşacaq. İlk oyun iyulun 25-də Tulada, cavab görüşü isə avqustun 1-də Bakıda olacaq.

