Vüqar Əsgərov oynadı, komandası Avroliqada mərhələ adladı

19 İyul 2019 00:50 Avropa Liqası 727
Vüqar Əsgərov oynadı, komandası Avroliqada mərhələ adladı

Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi “Liepaya” bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Dinamo” (Minsk) ilə üz-üzə gəlib. “Bakı”nın sabiq baş məşqçisi Aleksandr Starkovun çalışdırdığı futbolçumuzun komandası bu rəqiblə oyundan heç-heçə ilə ayrılmışdı – 1:1.

Cavab görüşündə isə 2:1 hesablı qələbəyə sevinən “Lieapaya” növbəti mərhələyə adlayıb.

Vüqar da bu görüşün iştirakçısı olub. Starkov millimizin sabiq forvardını 77-ci dəqiqədə meydana buraxıb.

Əsgərovun komandası 2-ci təsnifat mərhələsində İsveçin “Norçöpinq” klubu ilə qarşılaşacaq. İlk oyunu səfərdə keçirəcək “Liepaya”nın cavab matçı evdə olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti