Sadəcə, möhtəşəm! - VİDEO

19 İyul 2019 01:00 Avropa Liqası 817
Sadəcə, möhtəşəm! - VİDEO

"Neftçi" Avropa Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi buna Moldova "Sperantsa"sını I raundun cavab matçında da məğlub etməklə nail olub.

Səfərdə rəqibi 3 cavabsız qolla üstələyən "ağ-qaralar", evdə daha böyükhesablı qələbəyə seviniblər - 6:0.

"Neftçi"nin heyətində Vangelis Platellas 18-ci və 40-cı dəqiqələrdə fərqlənməklə dubl edib. Kapitan Emin Mahmudov 24-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Dario Frederiko 42-ci, Jozef Monroz 67-ci, İsmayıl Zülfüqarlı isə 73-cü dəqiqədə rəqib qapısına yol tapıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti