“Arsenal”dan "Neftçi”yə aid xəbər

19 İyul 2019 00:30 Avropa Liqası 1 153
“Arsenal”dan "Neftçi”yə aid xəbər

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Moldova “Speranta”sına iki oyunun nəticəsinə görə 9:0 üstələyən (ilk oyun 3:0, cavab matçı 6:0) “Neftçi” növbəti mərhələyə vəsiqə qazandı.

Sportinfo.az xəbər verir ki, artıq Azərbaycan təmsilçisinin növbəti rəqibi də bəllidi.

Belə ki, “ağ-qaralar" 2-ci təsnifat mərhələsində "Arsenal" (Tula) ilə qarşılaşacaq.

Bu rəqiblə ilk oyun iyulun 25-də Tulada, cavab görüşü isə avqustun 1-də Bakıda baş tutacaq.

Tuladakı qarşılaşmaya yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 21:00) start veriləcəyi bəllidi.

Bu barədə "Arsenal"ın rəsmi saytı məlumat yayıb. Cavab qarşılaşması da böyük ehtimalla 21:00-da start götürəcək. Amma bu, hələ rəsmi olaraq açıqlanmayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti