"Səbail" KİŞİ kimi döyüşdü!

18 İyul 2019 21:53 Avropa Liqası 884
"Səbail" KİŞİ kimi döyüşdü!

Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, ilk dəfə bu turnirdə iştirak edən “Səbail” də bu gün Rumıniyada “Universitatya Krayova” ilə cavab oyununa çıxıb.

Komandalar arasındakı ilk oyunda “Səbail” 2:3 hesabıyla məğlub olmuşdu.

Cavab görüşündə də qapılara 5 qol vurulub. Yenə eyni hesabla uduzan Azərbaycan təmsilçisi mübarizəni erkən dayandırmalı olub.

"Universitatya Krayova" növbəti mərhələdə “Budapeşt Honved” (Macarıstan) - “Jalgiris” (Litva) cütünün qalibi ilə qarşılaşacaq.

Universitatya Krayova - Səbail 3:2

Qol: A.Çikeldeu, 28. B.Veteyelu, 53. D.S.Fortes, 90. - A.Ramazanov, 67. D.Duventru, 69.
Baş hakim: Mikael Yonasson (İslandiya).
İlk oyun – 3:2.

Universitatya Krayova: 13. Mirko Pilyatselli, 2. Tyaqo Ferreyra, 5. Boqdan Veteyelu, 6. Renato Keliç, 8. Aleksandru Mateyu, 9. Fortes Dos Santos, 10. Aleksandru Çikeldeu, 11. Nikuşor Banku (k), 14. Kamer Qaka, 22. Kristian Barbut, 27. İvan Martiç.
Ehtiyat oyunçullar: 1. Laurentiu Popesku, 3. Marius Briceaq, 4. Florin Borta, 7. Mihay Roman, 21. Antoni İvanov, 23. Vasile Konstantin, 24. Florin Qardoş.
Baş məşqçi: Korneliu Papure.
Səbail: 12. Daniel Bojinovski, 5. Vüqar Bəybalayev, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 21. Eriko Da Silva, 22. Mirabdulla Abbasov, 32. Elvin Yunuszadə, 34. Ürfan Abbasov, 91. Bilal Həmdi.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 3. Turan Manafov, 4. Eltun Yaqublu, 6. Maykl Essyen, 7. Fəhmin Muradbəyli, 9. Mirsahib Abbasov, 11. Dilan Duventru.
Baş məşqçi: Aftandil Hacıyev.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti