“Neftçi” yeni tarix yazdı

18 İyul 2019 22:48 Avropa Liqası 1 105
“Neftçi” yeni tarix yazdı

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən "Neftçi" yeni mövsümdə doğma arenasında ilk görüşünə çıxıb.

Azərbaycanın ən titullu klubu “Sperantsa” ilə qarşılaşıb.

Çempionatımızın gümüş mükafatçısı Moldovada 3 cavabsız qolla qalib gəldiyindən, bugünkü oyunu formal xarakter daşıyırdı.

Ancaq yenə də reytinq xalını artırmaq üçün "ağ-qaralar" "Bakcell Arena"da da rəqibini məğlub etməyi hədəfləmişdi.

Azərbaycan təmsilçisi bu dəfə daha əzici hesabla qalib gələrək, növbəti mərhələyə vəsiqəni təmin edib.

“Neftçi” (Azərbaycan) – “Sperantsa” (Moldova) 6:0

Qol: V.Platellas, 18; 40. E.Mahmudov, 24-pen. D.Federiko, 42. S.Monroz, 67. İ.Zülfüqarlı, 78.
Hakimlər: Yulian Veynberger, Maksimilian Kolbiç, Mixael Nemets, Andreas Heyss (hamısı Avstriya)
Hakim-inspektor: Albano Yanku (Albaniya)
UEFA nümayəndəsi: İvan Lekov (Bolqarıstan)
Bakı. “Bakcell Arena”
İlk oyun – 3:0

Neftçi: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Dario Federiko, 11. Vangelis Platellas, 19. Rauf Əliyev, 25. Kiril Petrov, 26. Ömər Buludov, 28. Stiven Monroz, 36. Mamadu Kane.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 7. Namiq Ələsgərov, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 80. İsmayıl Zülfüqarlı, 93. Soni Mustivar.
Baş məşqçi: Roberto Bordin.

Speranta: 1. Denis Makoqonenko, 5. Mihail Bolun, 6. Bruno Barbosa, 8. Konstantin Sandu, 9. Felipe Ramires, 11. Fabritse Elundu, 15. Oliver Perea, 22. Ştefan Efros (k), 31. İon Arabaci, 87. Ruslan Çelari, 93. Maksim Yurku.

Ehtiyat oyunçular: 34. Daniel Avdyuşkin, 4. Dayron Mendosa, 10. İon Draqan, 17. İçaka Tyehi, 20. Rios Misas, 23. İsa Yusuf, 98. Alişer Mirzoyev.

Baş məşqçi: Kristian Efros.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti