Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.
Təmsilçilərimizdən “Neftçi” Bakıda “Sperantsa”nı qəbul edəcək.
Səfərdəki görüşdə 3 cavabsız qolla qalib gələn “ağ-qaralar” növbəti mərhələyə yüksəlmək üçün böyük üstünlük əldə edib.
Mərhələni adlayan tərəf Rusiya “Arsenal”ı (Tula) ilə qarşılaşacaq.
«Neftçi» tərzi və taktiki gedişləri ilə elə ötən mövsümkü olaraq qalıb.
Moldovada nə gördük? Roberto Bordin 2 qoldan sonra komandanı geri çəkdi və rəqibin səhvini gözlədi.
İtaliyalı baş məşqçi bu zaman bir məqamı unutdu. Həmin iki qoldan sonra komanda tamamilə dəyişib gələcəyə hesablanmış oyunu qura bilərdi.
«Sperantsa» bunun üçün hər şəraiti yaratmışdı. Hətta yeni futbolçuların oyun xarakteristikasına rəğmən, nə tatkiki, nə strateji, nə funksional hədəflər dəyişib, nə də üslub yenilənib.
Yanaşma dəyişməsə, Rusiya «Arsenal»ı ilə qarşılaşmanın hədsiz ağır keçəcəyi aydındı.
Hər halda bugünkü gecədən sensasiya gözləməyə dəyməz – «Sperantsa» kifayət qədər zəifdi, avrokuboklarda çıxış etməyə hazır deyillər və «Neftçi» indidən özünü növbəti mərhələyə fokuslamalıdı.
«Arsenal» Londonu təmsil edir, Tula şəhərinin klubudu. Rusiya futbolunun ortabablarından sayılmır.
Qonşu ölkənin ən yaxşı yerli və əcnəbi futbolçuları bu komandanın şərəfini qorumur. Bordin hesab etsə ki bir mərhələ keçməklə işi bitib,
«Neftçi» yarışmayla erkən, özü də ağır məğlubiyyətlə vidalaşacaq. Amma düşünmürəm ki, klub rəhbərliyi italyanla razılaşsın.
«Sperantsa» ilə kifayətlənmək üçün əsas yoxdu. Hal-hazırda Bordinin ixtiyarına keçənilkindən daha güclü heyətinə verilib.
Vojislav Stankoviçlə Stiven Monroz rəqabəti gücləndirib, hətta mənə görə, bu dəqiqə «Neftçi»nin hücum xətti «Qarabağ»dan da bir addım öndədi.
Dabo-Dario-Monroz triosu nəyə desən dəyər!
«Neftçi» son 5-6 ilin ən sanballı heyətini yığıb, Bordin bundan düzgün istifadə etsə, minimum pley-off mərhələsinədək irəliləmək mümkündü.
ELNUR
«Sperantsa» (Moldova) – «Neftçi» (Azərbaycan) 0:3 (0:2)
11 iyul. Kişinyov, «Zimbru» stadionu.
Hakimlər: Tim Marşall - Pol Robinson, Endryu Neteri - Tomas Entoni Klark (Şimali İrlandiya).
Qol: Mahmudov, 16-pen., Jozef-Monroz, 35, R.Hacıyev, 76.
Sarı vərəqə: Tyehi, 16.
«Sperantsa: Daniil Avdyuşkin, Dayron Moskera Mendosa (İon Draqan, 46), Mihail Bolun, Bruno Nogeyra Barboza, Felipe Ponse Ramires, Fabris Pyer Ambassa Elundu, Oliver Antonio Fula Perea, İşaka Çeyk Kuama Tyehi, Ştefan Efros (kap.), Maksim Yurku (Konstantin Sandu, 79), Əlişir Mirzəyev (Ruslan Kelari, 87). Baş məşqçi: Kristian Efros.
«Neftçi»: Səlahət Ağayev, Kirill Petrov, Mamadu Mbodc, Ömər Buludov, Anton Krivotsyuk, Emin Mahmudov (kap.), Dariu Frederiku (Namiq Ələsgərov, 81), Vangelis Platellas (Rəhman Hacıyev, 70), Mamadu Kane, Stiven Jozef-Monroz (İsmayıl Zülfüqarlı, 86), Rauf Əliyev. Baş məşqçi: Roberto Bordin.
Cavab görüşü
18 iyul. «Baksell Arena».

