"Neftçi" açıqladı: "Yeni yola hər zamankı hədəflə!" - ÜÇ VİDEO

18 İyul 2019 13:24 Avropa Liqası 659
"Neftçi" açıqladı: "Yeni yola hər zamankı hədəflə!" - ÜÇ VİDEO

Bu gün "Neftçi" Avropa Liqasında I təsnifat mərhələsinin cavab görüşlərinə çıxacaqlar.

Sportinfo.az xəbər verir ki, bakılılar "Bakcell Arena"da Moldova "Sperantsa"sını qəbul edəcək.

Görüşün start fiti saat 21:00-da çalınacaq.

Kişinyovdakı ilk qarşılaşmada flaqman böyük hesabla qalib gəlib - 3:0. Bu səbəbdən, "ağ-qaralar"ın mərhələ adlaması xeyli realdı.

Yalnız 3 top fərqi ilə məğlub olacağı halda, Roberto Bordinin baş məşqçi olduğu kollektiv mübarizəni dayandıracaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti