“Uzun yol qət etməyimizə rəğmən, əhval-ruhiyyə yaxşıdı.
İçimizdə bir inam var və ümid edirəm ki, istədiyimiz nəticəni əldə edə biləcəyik”.
Sportinfo.az xəbər verir ki, bunu "Səbail"in futbolçusu Rahid Əmirquliyev “Universitatya Krayova"ya qarşı keçirəcəkləri Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu haqda deyib.
30 yaşlı yarımmüdafiəçi bildirib ki, komanda yoldaşı Maykl Essyen kimi "Universitatya Krayova”da da yaxşı futbolçular var:
"İndiyədək bu komandanı izləməmişdim. Amma ilk oyunda 22 və 14 nömrəli futbolçuları bəyəndim".

