“Mənim üçün önəmlisi çıxış etdiyim mövqe yox, komandaya kömək etməkdir.
Özümü burda yaxşı hiss edirəm”.
Sportinfo.az xəbər verir ki, bunu "Universitatya Krayova"nın futbolçusu Kamer Qaka iyulun 18-də "Səbail"ə qarşı keçirəcəkləri Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu haqda deyib.
24 yaşlı yarımmüdafiəçi hamı kimi qol vurmaq istədiyini bildirib: "Bütün futbolçular meydana bu istəklə çıxırlar".
Bu gün "İon Oblemenko" stadionunda keçiriləcək "Universitatya Krayova" - "Səbail" matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

