"Səbail" məğlubiyyətə hazırdı

18 İyul 2019 00:50 Avropa Liqası 719
"Səbail" məğlubiyyətə hazırdı

"Bakıda bolqollu oyun izləmişdik, maraqlı matç alınmışdı.

Artıq rəqibi yaxından tanıyır, bizi daha çətin oyunun gözlədiyini bilirik. 17 saatlıq yol qət etmişik.

Get-gedə oyunumuzu inkişaf etdirmək üçün bizə təcrübə lazımdır. İlk ilimizdə belə bir komanda ilə qarşılaşmaq bizim üçün böyük uğurdur".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Universitatya" ilə keçirəcəkləri Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.

Gənc mütəxəssis bildirib ki, lazımi nəticə üçün mübarizə aparacaqlar: "Amma qol buraxdıqda gərək üç qol vuraq və rəqibi təəccübləndirək".

Hacıyev təkcə Elvin Yunuszadə deyil, bir neçə oyunçunun meydana çıxmasının sual altında olduğunu əlavə edib: “İlk matçla müqayisədə heyətdə dəyişikliklər ola, meydana yeni futbolçular çıxa bilər”.

Baş məşqçi əvvəllər Rumıniya “Astra”sında çıxış etmiş Eriko Da Silva ilə qısa söhbət etdiyini və “Universitatya” barədə müsbət sözlər eşitdiyini vurğulayıb:

“Bunu ilk oyun da göstərdi. Stadion da gözəldir, Tofiq Bəhramov adına Respublika Stadionuna bənzəyir.

İnanırıq ki, sabah çoxlu azarkeş qarşısında ən məsuliyyətli və maraqlı oyunlarımızdan birini keçirəcəyik”.

Hacıyev “Səbail”lə ilk mövsümündəcə Avropa Liqasında çıxış etməyi böyük uğur saysa da, bununla kifayətlənmək istəmədiyini açıqlayıb:

“İstədiyimiz nəticəni əldə etməyə çalışacağıq. Bu, alınmasa belə, mənim üçün böyük təcrübə olacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti