"Axmaq deyilik ki, "Neftçi" ilə oyunda meydanı sulayaq"

18 İyul 2019 00:10 Avropa Liqası 810
"Axmaq deyilik ki, "Neftçi" ilə oyunda meydanı sulayaq"

"Bakıya futbol oynamağa gəlmişik və əsas odu ki, özümüzə inanaq.

Çalışacağıq ki, sabah hər şey yaxşı olsun".

Sportinfo.az xəbər verir ki, bunu Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi" ilə keçiriləcək cavab oyunu öncəsi "Sperantsa"nın baş məşqçisi Kristof Efros deyib.

27 yaşlı mütəxəssis matçın keçiriləcəyi "Bakcell Arena"da təşkil edilən mətbuat konfransında əsasən ilk oyuna toxunub:

"Məncə, Moldovada nəticə 0:0 olmalı idi. Hətta bəzi anlarda bizim hücumlarımız daha kəsərli idi. Həmin görüşdən sonra bəzi fikirlər səsləndirmişdim.

Videoyazıya baxdıqdan sonra da haqlı olduğumu gördüm. Yəni fikrimi dəyişməmişəm.

Ola bilsin, bir qədər emosiyalarıma qapılmışam. Siz də bizim yerimizdə olsaydınız, 0:3 hesablı məğlubiyyətə layiq olmadığınızı görərdin".

Gənc çalışdırıcı paytaxtımızın onda müsbət təəssürat oyatdığını vurğulayıb:

"Bakı çox gözəl şəhərdi. Ümumiyyətlə, Azərbaycan gözəl ölkədir. Heç bir narazılığımız yoxdur. Hər şey ürəyimizcədi.

Bakı ilə bağlı yalnız pozitiv düşüncədəyik. Eyni zamanda oyunun keçiriləcəyi stadionla bağlı da iradımız yoxdur".

Efros Moldovadakı qarşılaşmadan öncə meydanın sulanmamasına da aydınlıq gətirib. O, bunu öz oyunları ilə əlaqələndirib:

"Biz axmaq deyilik ki, meydanı sulayaq. Bunu "Neftçi"yə qarşı yox, özümüz üçün etmişdik.

Sulu meydanda oynamağa öyrəşməmişik. Bu amili "Neftçi"yə qarşı təxribat kimi qələmə verməyin.

Burda isə hər şey "Neftçi"dən asılıdır. Əgər onlara lazım olsa, meydanı sulaya bilərlər. İstənilən şəraitdə oynamağa hazırıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti