"İnşallah, sabah da buna meydanda cavab verəcəyik"

17 İyul 2019 18:12 Avropa Liqası 731
"İnşallah, sabah da buna meydanda cavab verəcəyik"

“Birinci oyun yaxşı nəticə ilə nəticələndi.

3:0 çox yaxşı hesabdı, buna baxmayaraq, eyni şəkildə hazırlaşmışıq".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov deyib.

Yarımmüdafiəçi Avropa Liqasının I təsnifat mərhələsində "Sperantsa" ilə cavab görüşü öncəsi fikirlərini bölüşüb.

O, mətbuat konfransında səfərdəki 3:0 hesablı qələbəyə baxmayaraq, arxayınlaşmadıqlarını vurğulayıb:

- Yenə qələbə qazanmağa çalışacağıq. Bu üzdən hücum futbolu göstərəcəyik.

Cavab görüşünü məşq kimi qiymətləndirmək olar?
- Əlbəttə ki, xeyr. Dünən "Şerif" 10 dəqiqəyə 3 qol vurmuşdu. Buna görə də arxayınlaşmaq olmaz. Bu oyunda da qələbə qazanmağa çalışacağıq.

Rəqibin baş məşqçisi ilk oyundan sonra nəticəni üçüncü tərəfin müəyyənləşdirdiyini demişdi. Buna cavabınız olacaqmı?
- İlk oyunda da buna cavab verdik. İnşallah, sabah da meydanda cavab verəcəyik. Artıq danışmaq istəmirik.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti