Baş məşqçiyə qarşı istefa şüarı: "Daha az əziyyət verən..."

17 İyul 2019 11:00 Avropa Liqası 674
Baş məşqçiyə qarşı istefa şüarı: "Daha az əziyyət verən..."

"Səbail"in Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Universitatya Krayova" Rumıniya çempionatına uğurlu start götürüb.

Sportinfo.az xəbər verir ki, krayovalılar "Səbail"dən sonra ölkə çempionatının ilk turunda öz meydanında "Akademika Klinseni" üzərində də 3:2 hesablı qələbə qazanıb.

Lakin qarşılaşmanın sonlarında "Akademika Klinseni" hesabı 2:2 etdikdən sonra tribunalarda narazılıq yaşanıb.

"Universitatya Krayova" fanatları bir neçə saniyə baş məşqçi Korneliu Papureni istefaya səsləyiblər. Bununla belə, ev sahibləri 90+5-ci dəqiqədə vurduğu qolla qələbə qazanıb.

Papure oyunsonrası mətbuat konfransında azarkeşlərin onu istefaya səsləməsinə münasibət bildirib:

"Onlar bizi başa düşməlidilər. Fikrimcə, azarkeşlərin bizi dəstəkləməsi daha asan olardı. Səbrli olmaq lazımdı".

Çalışdırıcı ardıcıl iki qələbə haqda da fikirlərini bölüşüb: "Azarkeşlərimiz kimi, biz də stress keçirdik.

Ancaq son iki oyunda 6 qol vurduq və hər ikisində qələbə qazandıq. Şəxsən mən 1:0 hesabından daha az əziyyət verən 3:2 hesablı qələbəni üstün tuturam.

İki oyunda 4 qol buraxmağımız isə müdafiə xəttinin problemli olduğundan xəbər vermir".

"Universitatya Krayova" - "Səbail" oyunu iyulun 18-də "İon Oblemenko" stadionunda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti