Avropa Liqasının I təsnifat mərhələsində "Səbail"in cavab oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, "Səbail"in "Universitatya Krayova" ilə səfər görüşünün hakimi Helgi Mikael Yonasson təcrübəsizdi.
Cəmi 26 yaşı olan islandiyalı beynəlxalq arenada cəmi 2 görüşə təyinat alıb. Bu da U-17 yığmalarının seçmə mərhələ matçları olub.
Krayovadakı qarşılaşma Yonassonun baş hakim kimi avrokuboklarda debütü olacaq. O, bir həftə əvvəl Avropa Liqasının I təsnifat mərhələsindəki "Çukariçki" - "Banants" görüşünün 4-cü hakimi olub.
Ermənilərin Serbiyada 0:3 hesabı ilə məğlub olduğu qarşılaşmanın baş hakimi olan İvar Orri Kristyansson isə "Səbail"in oyununda 4-cü hakim funksiyasını yerinə yetirəcək.
Təmsilçimiz cavab matçına iyulun 18-də çıxacaq. "Səbail" evdəki ilk görüşdə məğlub olub (2:3).

