"Səbail"in uzun yolçuluğu

16 İyul 2019 15:00 Avropa Liqası 537
"Səbail"in uzun yolçuluğu

“Səbail” Avropa Liqasının I təsnifat mərhələsində “Universitatya”la ilə cavab oyunu üçün Rumıniyaya yola düşüb.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi saat 12:15-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakı-İstanbul-Buxarest reysi ilə səfərə çıxıb.

“Dənizçilər” Buxarestdən “Universitatya”nın təmsil etdiyi Krayova şəhərinə avtobusla yola düşəcəklər.

Heyət mənzil başına axşam saatlarında çatacaq. İyulun 17-də isə komandanın matçöncəsi məşqi olacaq.

İyulun 18-də Krayovadakı “İon Oblemenko” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Bakıda baş tutan ilk matçda rumınlar 3:2 hesabı ilə qalib gəliblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti