İlk təyinatı "Neftçi" oldu

16 İyul 2019 14:12 Avropa Liqası 722
İlk təyinatı "Neftçi" oldu

Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi" və "Səbail"in cavab oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, UEFA qarşılaşmaya təcrübəsiz referi təyin edib.

"Neftçi"nin Moldova təmsilçisi "Sperantsa" ilə ev oyununda ədaləti qoruyacaq avstriyalı Yulian Veinberger cəmi 2 ilin FİFA referisidi.

Ötən ilin yanvarında bu ada layiq görülən 34 yaşlı hakim elə 2018-ci ildə 9 qarşılaşmada fit çalıb. UEFA ona əsasən aşağı yaş qrupu yığmalarının seçmə mərhələ və əsas millilərin yoldaşlıq görüşlərini həvalə edib.

Veinberger avrokuboklarda hələlik yeganə oyununu keçən yay Çempionlar Liqasının I təsnifat mərhələsində idarə edib.

"Neftçi" - "Sperantsa" matçı avstriyalının 2019-cu ildə ilk təyinatıdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti