"Neftçi" satışa çıxardı - UCUZ

15 İyul 2019 17:24 Avropa Liqası 951
"Neftçi" satışa çıxardı - UCUZ

Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi” və "Sperantsa” arasında keçiriləcək oyunun biletləri bu gündən satışda olacaq.

Sportinfo.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, qiyməti 2 manat, 5 manat, 20 manat (VİP) və 100 manat (SKYBOX) təşkil edən biletlər bir neçə məkanda satılacaq.

Bunlar “Bakcell Arena”nın kassaları, “Rahat market”in “Baku MALL” (Qələbə dairəsi), Azadlıq prospekti 116 (47 saylı məktəblə üzbəüz), “Mega City” ticarət mərkəzinin 1-ci mərtəbəsi (Xırdalan şəhəri), “Şahənşah” şadlıq sarayının 1-ci mərtəbəsi (“Azadlıq” metrostansiyasının yanı), “Metropark” mağazaları və Bakıxanov qəsəbəsindəki “Mega Store”dir. Kassalar hər gün saat 21:00-dək işləyəcək.

İyulun 18-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Sperantsa” oyunu saat 21:00-da başlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti