"Neftçi" - "Sperantsa" matçının hakimləri müəyyənləşdi

15 İyul 2019 14:48 Avropa Liqası 504
"Neftçi" - "Sperantsa" matçının hakimləri müəyyənləşdi

Avropa Liqasında "Neftçi" və Moldova "Sperantsa"sı arasında keçiriləcək I təsnifat mərhələsinin cavab görüşlərinə hakim təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşma avstriyadan olan briqadaya tapşırılıb.

Baş hakim Yulian Vaynbergerə Maksimilian Kolbiç və Mixael Nemets yan xətt, Andrea Hayss isə dördüncü hakim qismində yardımçı olacaq.

İyulun 18-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Sperantsa" matçı saat 21:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti