"Azərbaycan klubu bizə sürpriz yaşada bilər"

15 İyul 2019 16:24 Avropa Liqası 660
"Azərbaycan klubu bizə sürpriz yaşada bilər"

"Şadam ki, qələbə qazandıq.

Bunu çətinliklə əldə etdik, ancaq 1:0 hesabındansa 3:2 daha yaxşıdı".

Sportinfo.az xəbər verir ki, bu sözləri Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Səbail"in rəqibi olan "Universitatya"nın (Krayova) baş məşqçisi Korneliu Papure Rumıniya çempionatında yeni mövsümün ilk turunda "Buftea"ya qalib gəldikləri oyundan (3:2) sonra mətbuat konfransında deyib.

O, "Səbail"lə Krayovada keçiriləcək cavab matçı barədə də danışıb. Qeyd edib ki, rəqib onlara sürpriz edə bilər:

"Səbail"lə ilk oyunumuz çətin oldu. Rəqibimiz müdafiədən oynayan komandadı.

Əlbəttə, biz Avroliqa oyununa çox ehtiyyatla yanaşırıq. Bakıdakı matçdan sonra da demişdim ki, hələ heç nə həll olunmayıb.

İlk oyundakı kimi yaxşı hazırlaşmalıyıq. Diqqətli olmasaq, rəqib bizə sürpriz yaşada bilər".

Bakıda keçirilən ilk oyunda "Səbail"i 3:2 hesabı ilə məğlub edən "Universitatya" iyulun 18-də rəqibini öz meydanında qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti